7 otaqlı evdə yanğın olub

Yasamalda evdə yanğın olub. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Yasamal rayonunda vətəndaşa məxsus ümumi sahəsi 250 kv.m olan ikimərtəbəli 7 otaqlı evin 2-ci mərtəbəsində 1 otağının yanar konstruksiyaları 30 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə