Xəqani küçəsində zəncirvari qəza FOTOLAR- SƏS TV

Xəqani küçəsində zəncirvari qəza FOTOLAR- SƏS TV

Bakıda 4 minik maşınının iştirakı ilə zəncirvari yol qəzası baş verib. SİA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, paytaxtın Xəqani küçəsi ilə Azadlıq prospektinin kəsişməsində müxtəlif modelli dörd minik maşını bir-birinə çırpılıb. Ərazidə xidmət aparan yol polislərinin verdiyi məlumata görə, xəsarət alan olmayıb.

Maraqlıdır ki, hadisə yerində çəkiliş apardığımız zamanı maşınlardan yalnız birinin dövlət nömrə nişanı olub. Avtomobillərə ciddi ziyan dəyib. İlkin müşahidələrə görə qəzaya səbəb "Mercedes" markalı avtomobilin yüksək sürəti olub.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə