Xaçmaz rayonunda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb. SİA-nın Şimal bürosundan verilən məlumata görə, Qəndab-Yalama yolunun 33-cü kilometrliyində "Mercedes" və "Lada Priora" markalı avtomobillər toqquşub. Qəza Xaçmaz rayonunun Əhmədoba kəndinin ərazisində olub. "Lada Priora"nın sükanı arxasında olan 26 yaşlı Toğrul Məhərrəmov içkili halda yolun əks hərəkətli hissəsinə çıxıb və Xudat istiqamətində hərəkətdə olan Şəmkir rayon sakini, 36 yaşlı Tural Qəmbərovun idarə etdiyi "Mercedes"lə toqquşub.
Zərbənin gücündən "Priora" yol kənarındakı ağaca çırpılıb. Sürücü isə yerindəcə həyatını itirib. "Mercedes"in sükanı arxasında olan T.Qəmbərov isə yaralı halda xəstəxanaya çatdırılıb.
Hər iki avtomobil qəzadan sonra deformasiyaya uğrayıb, tamamilə yararsız vəziyyətə düşüb.
Qeyd edək ki, qəzanın təfərrüatları araşdırılır.
.jpg)
.jpg)
.jpg)
Emin Kərimov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB