Naxçıvanda zəlzələ olub

Bu gün Naxçıvanda zəlzələ olub. AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən SİA-ya verilən xəbərə görə, zəlzələ yerli vaxtla saat 14:47-də Naxçıvandan 76 km cənub-qərbdə İran ərazisində qeydə alınıb.

Yeraltı təkanın maqnitudası 4,6, dərinliyi 5 km olub.

Zəlzələ Naxçıvanda 3 bala qədər hiss olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə