Xaçmazda talvar yanıb

Xaçmaz rayonunda yanğın olub. SIA-nın xəbərinə görə, vətəndaşa məxsus ümumi sahəsi 35 kv.m olan talvarın yanar konstruksiyaları 12 kv.m sahədə və talvarın altına yığılmış 5 ton ot bağlamasının 4 tonu yanıb. Talvarın və ot bağlamasının qalan hissəsi tanğından mühafizə olunub. Yanğın saat 11:29-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə