3 avtomobil toqquşdu ölən var

Qaradağda bir gecədə 3 avtomobil toqquşub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, rayonunun Lökbatan qəsəbəsində Sumqayıt şəhər sakini Bilal Alxasovun idarə etdiyi "Chevrolet" və Bakı şəhər sakini Camal Məşədiyevin idarə etdiyi "Mercedes" markalı avtomobillər toqquşub və yolun hərəkət hissəsində qalıb.

İyunun 17-də saat 01 radələrində Bakı şəhər sakini Rahib Seyfullayev idarə etdiyi "Niva" markalı avtomobili qeyd edilən avtomobillərə vurub. Nəticədə R.Seyfullayev hadisə yerində ölüb, sərnişini isə xəstəxanaya yerləşdirilib.

Qaradağ RPİ tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə