Xaçmazda iş adamı öldürülüb. Öldürülən İlqar Məmmədovun meyiti yaşadığı evdə tapılıb.
Xaçmazda iş adamının qətli ilə bağlı qəsdən adamöldürmə maddəsi ilə cinayət işi açılıb. 53 yaşlı İlqar Məmmədovun öz evinin həyətində tapılan meyitinin üzərində zorakılıq əlamətləri olub.
Mərhum ərzaq mallarının topdansatışı ilə məşğul olub. Ailəsi uşaqları tələbə olduğundan Bakıda yaşayırmış. Qohumları onun hansı şəraitdə öldürülməsindən xəbərsiz olduqlarını deyiblər.
Faktla bağlı Xaçmazın hüquq-mühafizə orqanları araşdırmalara başlayıblar. Xaçmaz prokurorluğundan verilən məlumata görə, İlqar Məmmədov bıçaqla qətlə yetirilib. Hadisəni törədən və ya törədənlərin yaxalanması istiqamətində əməliyyat axtarış tədbirləri aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB