Bakı-Qazax magistral yolunda iki avtomobil toqquşub, ölən və xəsarət alanlar var.
Hadisə yolun Şəmkir rayonu Könüllü kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. "Mercedes"lə "VAZ 2106" markalı avtomobillərin toqquşması nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb. Şəmkir Mərkəzi rayon xəstəxanasından verilən məlumata görə, xəsarət alan 6 şəxsdən 4 nəfəri keçinib.
Şəmkirdə baş verən qəzada ölən və yaralananların şəxsiyyəti məlum olub. Qəzada ölənlər "VAZ 2106" markalı avtomobilin sürücüsü Yeni Həyat kənd sakini, 1958-ci il təvəllüdlü İntizam Həsənov, onun həyat yoldaşı, 1960-cı il təvəllüdlü Rəna Həsənova, gəlini 1983-cü il təvəllüdlü Aynur Həsənova və qızı 1980-ci il təvəllüdlü Xanım Bayramovadır.
Yaralılar dünyasını dəyişən İ. Həsənovun oğlu 1981-ci il təvəllüdlü Ramin Həsənov, 2008-ci il təvəllüdlü Röyal Ramin oğlu Həsənov, 1996-cı il təvəllüdlü Vahid Bayramov və "Mercedes"in sürücüsü 1981-ci il təvəllüdlü İntiqam Muxtarovdur.
Xəsarət alan V. Bayramov və İ. Muxtarov Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB