Ögey qızından qisas alan qadının etirafları SƏS TV

Ögey qızından qisas alan qadının etirafları SƏS TV

Abşeron Rayon Polis İdarəsinə ərizə ilə müraciət edən vətəndaş Cəmilə Bayramova yaşadığı Xırdalan şəhərində yerləşən ev-1 mənzil 94-dən ona məxsus dəyəri 5 min manat olan qızıl zinət əşyalarının oğurlandığını bildirib. Polisin keçirdiyi əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən sözügedən mənzildə dayə işləyən Sumqayıt şəhər Kotec qəsəbəsində yaşayan Aidə Ələsgərova saxlanılıb. İlkin dindirilmə zamanı 48 yaşlı qadın törətdiyi əməli etiraf edib. Onun sözlərinə görə, zərərçəkən Cəmilə Bayramova onun ərinin 1-ci yoldaşının qızıdır. Aidənin sözlərinə görə, bir neçə il bundan əvvəl Cəmilə Bayramova ailə həyatı qurduqdan sonra bir ovladı dünyaya gəlib. Cəmilə xəstələndiyi üçün ailənin də razılığı ilə yeni doğulan körpəyə Aidə baxmalı olub.

Saxlanılan Aidənin sözlərinə görə, evdə təmizlik işləri görərkən otaqların birindən bağlama tapıb. Onun bağlamaya olan marağı isə başına bəla olub.

Daha sonra qadın əldə etdiyi qızılları Sumqayıt şəhərində yerləşən qızıl dükanında satıb.

Tutduğu əmələ görə peşman olan Aidə Ələsgərova Cəmilə Bayramovadan qisas almaq üçün bu əməli törətdiyini deyib.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsinə cinayət məcəlləsinin 177-ci maddəsi ilə cinayət işi başlanıb araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə