35 ha sahədə yanğın olub

Siyəzən və Ucar rayonlarında ümumilikdə 35 ha sahədə kol-kos yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Siyəzən rayonu, Beşdam kəndində kənd bələdiyyəsinə məxsus ərazidə 20 ha sahədə kol-kos və quru ot yanmışdır. Yanğından 120 ha biçilməmiş əkin sahələri və yaxınlıqda yerləşən ferma mühafizə olunub.

Ucar rayonu, Alpoud kəndində kənd bələdiyyəsinə məxsus ərazidə 15 ha sahədə kol kos yanıb. Yaxınlıqdakı ərazi yanğından mühafizə olunub. Hər iki yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə