Soyğunçuluq edən kişi yaxalandı

Polis zərərçəkmiş şəxslərə müraciət etdi
Soyğunçuluq edən kişi yaxalandı

Xanımlara qarşı silsilə şəkildə hücumlar edən Rəşad Məlikovun qoluna qandal vurulub. Nəsimi Rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində silsilə soyğunçuluq cinayətləri törətməkdə şübhəli bilinən Binəqədi rayon sakini istintaqa təhvil verilib.

Araşdırma zamanı məlum olub ki, Rəşad Məlikov Nəsimi rayonunda 6 xanıma qarşı soyğunçuluq edərək onların qızıl-zinət əşyalarını ələ keçirib.

Qeyd edilən faktla bağlı Nəsimi (RPİ) İstintaq Şöbəsində cinayət işi başlanıb. Polis əməkdaşları saxlanılan şəxsin digər analoji cinayətlərdə iştirak etdiyini də istisna etmir.

Saxlanılan şəxsin əməllərinin indiyə kimi sübut olunanlardan daha çox olacağını nəzərə alan hüquq-mühafizə orqanları sakinlərə səslənib. Rəşad Məlikovun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin "102" zəng mərkəzinə və ya Nəsimi RPİ-yə müraciət edə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə