Bakıda məsciddən oğurluq olub. İnsanların ibadət etməsini görən şəxs onlardan birinin mobil telefonunu götürüb məsciddən çıxıb. Gəncin oğurluq anı məscidin müşahidə kamerasına əks olunub. Hadisə Yasamal rayonu Mirəli Seyidov küçəsində yerləşən İlahiyyat məscidinin müşahidə kameralarına düşüb.
Zərərçəkmiş ərazi üzrə 28-ci polis bölməsinə məlumat verib ki, camaat namaz qılarkən məsciddə asılqandakı gödəkcəsinin cibindən dəyəri 200 manat olan mobil telefonu oğurlanıb.
Hadisə yerinə çağırılan polis əməkdaşları məscidin müşahidə kameralarına baxış keçirib. Görüntülərdə 20-25 yaşlı bir nəfərin telefonu oğurlaması açıq-aydın görünüb. Hazırda polis əməkdaşları görüntülərdəki bu şəxsi axtarır.
"Xəzər Xəbər" mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB