Qaradağda yanğın olub

Qaradağ rayonunda çoxmənzilli yaşayış binasının 9-cu mərtəbəsində pilləkan qəfəsində 2 kv.m sahədə məişət tullantıları və 1 ədəd pəncərə çərçivəsi yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, yaxınlıqdakı mənzillər yanğından mühafizə olunub.

Yanğın saat 18:19-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə