Hər iki fakt üzrə araşdırma aparılır
İki nəfər çayda böğulub

Ötən gün Samux sakini çayda boğulub. Daxili İşlər Nazirliyi məlumat verir ki, iyunun 10-da Samux rayonunun Qarayeri qəsəbəsində qəsəbə sakini Kamil İlyasov at arabası ilə Qoşqar çayını keçərkən araba aşıb və o, çaya düşərək boğulub. Meyit sudan çıxarılıb.

Bundan başqa, iyunun 10-da İsmayıllı rayonunun Qaraqaya kəndi ərazisindəki istirahət mərkəzlərindən birində rayon sakini Ramin Muradov oradakı süni göldə çimərkən boğulub.

Hər iki fakt üzrə araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə