Güclü yağış Gürcüstanda fəsadlar törədib

Güclü yağış Gürcüstanda fəsadlar törədib

Gürcüstan ərazisində yağan dolu və güclü yağışlar paytaxt Tbilisidə yenidən fəlakətə səbəb olub. SİA-nın məlumatına görə, paytaxtın Nadzaladevski rayonunun Leçxumi küçəsində yaşayış binasının istinad divarları uçub. Xəsarət alan olmasa da dörd ailə evsiz qalıb. Paytaxtın Niçubidze küçəsində isə yaşayış binasının divarları uçub. Evin fasad hissəsi də yararsız vəziyyətə düşüb. Xoşbəxtlikdə burada da xəsarət alan olmayıb. Bir neçə ailə evsiz qalıb.

Qeyd edək ki, bir neçə gündür aramsız yağan leysan yağışları və dolu nəticəsində Gürcüstanın bölgələrinə də ciddi ziyan dəyib. Bəzi ərazilərdə əkin sahələri su altında qalıb, meyvə bağlarına və infrastruktura ciddi ziyan dəyib. Yağışlar isə davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə