Bankomatlardan oğurluq edən şəxs tutuldu

O, sakinlərə "hesabınızda pul yoxdur" deyib və sonra bankomatdan çıxan pulu götürüb
Bankomatlardan oğurluq edən şəxs tutuldu

Gəncədə 33 yaşlı sakin bankomatlardan pul çıxarmağı bacarmayan şəxsləri aldadıb. O, sakinlərə "hesabınızda pul yoxdur" deyib və sonra bankomatdan çıxan pulu götürüb. Hadisəni törədən şəxs tutularaq istintaqa cəlb edilib.

Bankomatların qarşısında soyğunçuluq edən şəxs saxlanılıb. Gəncə, Göygöl və Goranboydan olan bir neçə sakin tanımadıqları şəxsin onları aldatması barədə Gəncə polisinə məlumat verib. Aparılan araşdırmalar zamanı məlum ki, hadisəni törədən Gəncədə yaşayan Goranboy sakini,33 yaşlı Əli Əzizovdur.

O,şəhərin müxtəlif ərazilərində bankomatların qarşısında dayanaraq oradan pul çıxarmaq istəyən vətəndaşları "hesabınızda pul yoxdur" deyərək aldadıb və sonra çıxan pulu götürüb.Bu üsulla 6 nəfərin 2 min manata yaxın pulunu mənimsəyib.Əli Əzizov tutularaq istintaqa cəlb edilib.

Faktla bağlı cinayət işi başlanılıb,istintaq aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə