Mənzildə yanğın olub

Bakıda yanğın olub. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Nəsimi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 70 kv.m olan mənzildə ev əşyaları 3 kv.m sahədə yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə