Meşə gözətçisindən külli miqdarda narkotik və silah götürülüb. Balakən polisinin saxladığı iki nəfərin evindən də marixuana aşkarlanıb. Lənkəranda isə hava limanının ərazisində narkotik vasitə əkib-becərən şəxs tutulub.
Meşə gözətçisi ona əmanət edilən qoruq ərazisində narkotik yetişdirib. Balakən polisi Zaqatala Dövlət Təbiət Qoruğunun Balakən rayonu, Katex kəndi ərazisində dörd müxtəlif sahədə 781 ədəd çətənə kolu aşkarlayıb. Ərazidən qurudularaq hazırlanmış daha 25 kq 178 qram marixuana ələ keçirilib.
Məlum olub ki, çətənə kollarını Balakənin Mahamalar kənd sakini, 45 yaşlı Arif Saxrayev və onun həmkəndlisi, 53 yaşlı Seyfəddin Həmzətov əkib. Keçirilmiş tədbir nəticəsində hər iki şəxs tutularaq istintaqa təhvil verilib.
Saxlanılan Arif Saxrayev Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Balakən Meşə Mühafizəsi və Bərpası Müəssisəsində meşə gözətçisi vəzifəsində çalışır. Balakən rayon məhkəməsi Arif Saxrayev və Seyfəddin Həmzətov barəsində 4 ay həbs qətimkan qərarı çıxarılıb.
Lənkəranda isə hava limanının ərazisində narkotik vasitə əkib-becərən şəxs tutulub. Rayon Polis Şöbəsinə Digah kənd sakini 34 yaşlı Anar Məmmədovun hava limanına məxsus ərazidə çətənə kolları becərməsi barədə məlumat daxil olub. Polis həmin ərazidə 274 ədəd çətənə kolunun əkildiyini müəyyən edib. Ondan ov tüfəngi də götürülüb.
Saxlanılan şəxs ilkin ifadəsində narkotik vasitə aludəçisi olduğunu bildirib. İstintaq zamanı Anar Məmmədovun axtarışda olduğu üzə çıxıb. Faktla bağlı rayonun polis şöbəsində araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB