Mingəçevirdə bir ailənin evi qarət olunub. Polis şöbəsindən verilən məlumata görə, oğrular binanın birinci mərtəbəsində olan evə arxa pəncərədən giriblər . Evdən təqribən 3500 manatlıq dəyərində cehizlik əşyalar oğurlanıb.
Oğrular evə girib, bahalı qabqacaq və cehiz əşyalarını aparıblar. Hadisə Mingəçevir şəhəri Nəriman Nərimanov küçəsində yaşayan Kifayət Səfərovanın mənzilində baş verib. Ev sahibəsinin sözlərinə Onlar Rusya Federasiyasında olarkən evlərinin qarət olunduğu xəbərini eşidiblər. Geri döndükdə qızı üçün saxladığı bahalı qab-qacaqların, yataq dəstlərinin, pal-paltarların və digər əşyaların oğurlandığının şahidi olublar.
Onlar binanın arxa tərəfindən evin pəncərəsindən içəri giriblər. Ailə hadisə ilə bağlı Mingəçevir şəhər polis şöbəsinə məlumat verib, evə baxış keçirilib. Oğurluq edənlərin tutulması istiqamətində əməliyyatlara başlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB