Ceyranbatan su anbarının ətrafında yanğın

Ceyranbatan su anbarının ətrafında yanğın

Abşeron rayonunda, Ceyranbatan su anbarının ətrafında kol-kos və qismən ağaclıq sahədə yanğın başlayıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) saytının verdiyi xəbərə görə, hazırda hadisə yerinə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası cəlb olunub.

Yanğının söndürülmə işləri davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə