Saatlıda yanğın hadisəsi baş verib ölən var

Saatlıda yanğın hadisəsi baş verib ölən var

Saatlıda ölümlə nəticələnən yanğın hadisəsi baş verib. SİA Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən xəbər verir ki, iyunun 6-da saat 02 radələrində Saatlı rayonunun Xanlarkənd kəndində yaşayan ruhi xəstə Elşad Əmirovun evində yanğın baş verib.

Nəticədə evin yanar konstruksiyalar və oradakı əşyalar yanıb, yanğın söndürüldükdən sonra E.Əmirovun yanmış meyiti tapılıb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə