Paytaxda böyük əməliyyat

Türkiyənin paytaxtı Ankarada həyata kerçirilən əməliyyat nəticəsində tırın qoşğusundakı ehtiyat təkərinin içərisində 304 ədəd paketlənmiş halda, ümumi çəkisi 308 kq, 745 qram olan heroin aşkar edilib. Əməliyyat nəticəsində 3 nəfər şübhəli şəxs qismində saxlanılıb.

Bu barədə Anadolu Agentliyinə təhlükəsizlik qüvvələrindəki mənbə xəbər verib. Məlumatda qeyd edilir ki, Tokat, Kırıkkale və Ankara təhlükəsizlik qüvvələrinin birgə keçirdiyi əməliyyat zamanı narkotiki paytaxt Ankaraya gətirən H.H.C. və təhvil alan A.E. ilə vunç operatoru G.B. nəzarətə götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə