Müəmmalı qətl hadisəsi

Gədəbəy rayonunun Söyüdlü kəndində müəmmalı qətl hadisəsi baş verib. Kənd sakinləri 74 yaşlı Səyyad Ələsgərov və həyat yoldaşı 88 yaşlı Bəsti Alıyevanın yaşadıqları evdə meyitləri tapılıb. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, yaxınlıqda yaşayan qonşular dərhal hüquq-mühafizə orqanlarına məlumat veriblər. Meyitlər Gədəbəy Rayon Məhkəmə Tibbi Ekspertizasına aparılıb və üzərilərində zorakılıq əlamətləri aşkarlanıb.

Qeyd edək ki, faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Polis və prokurorluq əməkdaşları zəruri istintaq tədbirləri həyata keçirirlər.

İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə