Faktla bağlı araşdırma aparılır
118 min manatlıq dələduzluq

Bakıda vətəndaşa qarşı külli miqdarda dələduzluq edilib. Səbail Rayon Polis İdarəsindən verilən məlumata görə, Bakı şəhər sakini, 1964-cü il təvəllüdlü Rauf Cavanşir oğlu Sadıxov polisə ərizə ilə müraciət edərək Nadir Şıxzadə oğlu Babayevin iş qurmaq adı ilə onu aldadaraq 118 min 700 manat pulunu mənimsədiyini bildirib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə