Abşeron rayonunda 4 avtomobil yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, Abşeron rayonunda Bakı Şəhər DYP-nin cərimə meydançasında dayanan, sahibləri məlum olmayan "Chrysler" markalı minik avtomobilin yanar hissələri, "Mercedes" minik avtomobilinin sağ hissəsi, "Mitsubishi" markalı minik avtomobilinin sol hissəsi və salonu yanıb, "Ford" markalı minik avtomobilinin qabaq hissəsi qismən əriyib.
Digər avtomobillər yanğından mühafizə olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB