Bakıda bədbəxt hadisə baş verib. 39 yaşlı kişini teplovoz vurub. SİA xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Sabunçu dəmir yolunun ərazisində dəmir yolu xəttinin üstündən keçən Lerik rayon sakini 1977-ci il təvəllüdlü Mirzə Rzayev teplovozla vurulub. Ağır bədən xəsarətləri alan M.Rzayev dərhal 3 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib və sol ayağı amputasiya olunub. Onun vəziyyəti hazırda normaldır.
Faktla bağlı araşdırma aparılır.
Bakıda bənzər hadisə bir neçə gün əvvəl də baş verib. Biləcəri dəmir yolu stansiyasının ərazisində Bakı şəhər sakini, 80 yaşlı Eyvaz Eyvazovun ayağı hərəkətdə olan teplovozun altında qalıb. Nəticədə E. Eyvazovun sol ayağı amputasiya olunub. Anspress
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB