Bakıda 2 yaşlı körpə pəncərədən yıxılaraq ölüb. SİA-nın Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən verdiyi məlumata görə, mayın 28-də paytaxtın Nizami rayonu ərazisində 2 yaşlı Jalə İbrahimova yaşadığı evin pəncərəsindən yıxılaraq ölüb. Körpənin ailəsi beşmərtəbəli binanın üçüncü mərtəbəsində yaşayır. Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB