Son günlər yağan yağışların çayda artırdığı su evlərə dolaraq fəsadlara yol açıb. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, bir neçə gündür ki, Gəncə çayında suyun səviyyəsinin artması təhlükəli həddə çatıb. Bu gecə çayın sol sahilindəki 10-a yaxın ev su altında qalıb. Su çayın sol tərəfində qurulan torpaq bəndi yuyaraq yaşayış evlərinə tərəf axmağa başlayıb və onların həyətinə dolub. Evlər qəzalı vəziyyətə düşüb. Vəziyyətin gərginləşdiyini görən sakinlər aidiyyəti qurumlara xəbər veriblər. Bir neçə saatdır əraziyə Fövqəladə Hallar Nazirliyinin canlı qüvvəsi və texnikası cəlb olunub. Suyun istiqaməti dəyişdirilib. Yaşayış evlərinin həyətlərinə dolan su xüsusi qurğularla çəkilir. Aprelin 15-də də Gəncə çayında suyun səviyyəsinin artması təhlükəli həddə çatdığından sol sahildəki bir neçə evə dolmuşdu. Həmin vaxt axının istiqaməti dəyişdirilərək torpaqdan bəndbərkitmə işləri aparılsa da çay sahilində yaşayanlar bu gün eyni aqibəti yaşayıb.




İlham Məmmədzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB