Binəqədidə avtomobil yanıb

Binəqədi rayonunda vətəndaşa məxsus "Opel" markalı minik avtomobilinin idarəetmə löhvəsi yanıb, yüksək temperaturdan qabaq oturacaqlar və salonun üzlük hissəsi qismən qarsalanıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) SİA-ya verilən məlumata görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 03:44-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə