"Opel" yandı

Bakıda minik avtomobili yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, Bakının Binəqədi rayonunda vətəndaşa məxsus "Opel" markalı minik avtomobilinin idarəetmə löhvəsi yanıb, yüksək temperaturdan qabaq oturacaqlar və salonun üzlük hissəsi qismən qarsalanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 03:44-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə