Bankda həyəcanlı anlar
Oyuncaq tapanca ilə oğurluq

Çində bank soymağa qərar verən bir şəxsin arzusu gözlərində qalıb. Tapança ilə bankın işçiləri və müştərilərinə qorxulu anlar yaşadan sakin çox keçmədən təhlükəsizlik əməkdaşları tərəfindən zərərsizləşdirilib. Soyğunun baş verdiyi an müşahidə kamerasından lentə alınıb.

Əlində çanta ilə banka daxil olan çinli, cibindən çıxardığı tapança ilə ətrafdakıları təhdid edib. Kassadakı pulları tələb edən soyğunçu, bankın həyəcan siqnalının işə düşdüyünü görərək bir müddət sonra qaçaraq ərazini tərk etməyə çalışıb. Lakin polislər və mühafizə xidmətinin əməkdaşları qaçan oğrunu 500 metr aralıda zərərsizləşdirə bilib. Axtarış zamanı onun istifadə etdiyi tapançanın da oyuncaq olduğu məlum olub. İşsiz olduğu bildirilrən şəxsin ehtiyaclarını ödəmək üçün bu soyğuna qərar verdiyi deyilir.

Bütün xəbərlər Facebook səhifəmizdə