"Gəncə Qənnadı" ASC-də yanğın baş verib. Yanğın istifadə edilməyən anbarın 3-cü mərtəbəsində tullantı plastik kütlələrin yığıldığı 50 kv/metr ərazidə qeydə alınıb. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə yerinə Gəncə Şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin 5 yanğınsöndürən maşını və 40 canlı qüvvəsi cəlb edilib. Yanğınsöndürənlərin səyi nəticəsində alovun qarşısı alınıb. Xəsarət alan yoxdur.
Qeyd edək ki, iki il bundan öncə də "Gəncə Qənnadı" ASC-nin inzibati binasında, mətbəxdən başlayan yanğın dörd inzibati otaq da daxil olmaqla (müdir, müdir müavini, baş mühəndis və komendantın otaqları) 178 kv.m sahəni əhatə etmişdi.
İlham Məmmədzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB