FHN-in yanan məktəblə bağlı rəsmi MƏLUMATI

FHN-in yanan məktəblə bağlı rəsmi MƏLUMATI

Fövqəladə Hallar Nazirliyi Bakıda orta məktəbdə baş verən yanğınla bağlı rəsmi məlumat yayıb. SİA-nın qurumun rəsmi saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Xətai rayonunda Təhsil Nazirliyinə məxsus üçmərtəbəli 95 saylı orta məktəbin 1-ci mərtəbəsinin giriş hissəsində 30 kv.m sahədə mebel dəsti yanıb.

Yüksək temperaturdan giriş qapısı və 2 ədəd pəncərə əriyib. Hadisə zamanı 2 şagird və 1 nəfər müəllim xilas olunub, 75-80 nəfər təhlükəsiz əraziyə təxliyyə edilib. Yanğından məktəb binasının qalan hissəsi mühafizə olunub.

Yanğın saat 09:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə