14 yaşlı gənc çimərkən boğulub

Mərhumun cəsədini tapmaq üçün dalğıclar çağırılıb
14 yaşlı gənc çimərkən boğulub

Ötən gün Masallı rayonu ərazisində boğulma faktı qeydə alınıb. Hadisə axşamüstü saat 18 radələrində baş verib. Fövqəladə Hallar Nazirliyinin (FHN) verdiyi məlumata görə, Masallı rayonu, Boradigah kəndi ərazisində yerləşən süni göldə 1 nəfər çimərkən boğulub.

Dərhal FHN Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub. Hadisə yaxınlıqdakı xilasetmə məntəqəsindən 50 km aralı ərazidə baş verib. 2002-ci il təvəllüdlü, Həbibov Rahidin cəsədi batdığı yerdən 5 metr aralıda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Oxşar hadisə aprel ayında Qaradağ rayonu Lökbatan dairəsi yaxınlığında yerləşən göldə bədbəxt hadisə baş verib. Dostları ilə birgə balıq ovlamaq istəyən Kənan Muradov çirkab suyunun yığıldığı gölməçədə batıb.

Kənan Muradov özündən əlavə 3 dostu ilə birgə taxtadan düzəldilmiş qayığa minib. Sonra dostlar torpaq qatından ibarət təpəcikdən kiçik qayıq vasitəsilə göl sularına daxil olublar. Daha sonra qayıq çevrilib və Kənan suda batıb. Hadisə vaxtı bir birilərini xilas edən dostlar Kənanı görməyincə təşvişə düşüblər.

Bu işdə Kənanın dostlarını günhalandıran ailəsi isə ehtimal edir ki Kənanı qəsdən öldürüblər. Bu səbəbdən də digər 3 nəfər Qaradağ rayon polis idarəsinin 10 cu polis bölməsinə aparılıb və onların izahatı alınıb. Verilən məlumata görə dostlar göldən balıq tutmaq istəyərkən anlaqsız vəziyyətdə olublar. Dostlardan biri polis əməkdaşları ilə birgə əraziyə aparılıb və qayığın batdığı yer göstərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə