Cəlilabadda uçqun altında qalan fəhlə xilas edilib

Cəlilabadda uçqun altında qalan fəhlə xilas edilib

Cəlilabadda uçqun altında qalan şəxa xilaa edilib. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına iatinadən xəbər verir ki, qurumun Dövlət Yanğından Mühafizə Xidmətinə, Cəlilabad rayonu, Uzun Təpə kəndində kanalizasiya xətlərində qazıntı işləri aparılan zaman 3 metr dərinliyi olan quyuda torpaq uçqunu baş verməsi və nəticədə 1 nəfər fəhlənin uçqun altında qalması barədə məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, dərhal Cəlilabad rayon Dövlət Yanğından Mühafizə Xidmətin yanğınsöndürən-xilasediciləri tərəfindən fəhlə torpaq altından çıxarılaraq xilas edilib və Təxirəsalınmaz Təcili Tibbi Yardım xidmətinə təhvil verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə