Keçmiş məhkum bıçaqlandı

Keçmiş məhkum bıçaqlanıb. SİA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, mayın 20-də Quba şəhərində şəhər sakini, əvvəllər məhkum olunmuş Mübariz Əmirşahov münaqişə zəminində həmyerlisi, əvvəllər məhkum olunmuş Elxan Kərimova bıçaqla xəsarət yetirib.

Quba RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Əmirşahov tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə