Mayın 19-na keçən gecə Aralıq dənizində qəzaya uğrayan "Yeqipteyr" şirkətinə məxsus təyyarənin həyəcan siqanalının qəzadan bir dəqiqə əvvəl işə başladığı məlum olub. SİA-nın xarici mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Aviasiya əlaqələrinin ünvanlı-hesabat sisteminin ekran görüntülərinə əsasən məlumat verilib. Məlumatda bildirilir ki, həyacan siqanalına səbəb duman olub. Bu məlumatın təyyarənin radardan itməsi vaxtı ilə üst-üstə düşdüyü bildirilir.
Xatırladaq ki, Aviasiya əlaqələrinin ünvanlı-hesabat sistemi təyyarə və qrunt stansiyaları arasında mesaj ötürülməsi üçün məlumat körpüsüdür.
Xəbər verildiyi kimi, Parisdən Qahirəyə yola düşən A-320 təyyarəsi Misirin hava məkanında radardan itib. Son məlumatlara görə, o, Yunan adası yaxınlığında dənizə düşüb. Təyyarədə 3 uşaq və 10 ekipaj üzvləri də daxil olmaqla 56 sərnişin olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB