Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Məlumata görə, hadisə Sabunçu rayonu ərazisində, Şəhər şosesində qeydə alınıb.
Şosenin Zabrat qəsəbəsindən keçən hissəsində "Opel" markalı minik maşını ilə NİVA markalı avtomobil toqquşub. Qəza nəticəsində NİVA-nın sürücüsü Əliyev Cəlal Camal oğlu və "Opel"in qadın sərnişini xəsarət alıblar.
Cəlal Əliyev Sabunçu Rayon Polis İdarəsinin əməkdaşıdır. O, əvvəlcə 3 saylı Şəhər Klinik Xəstəxanasına, oradan isə Daxili İşlər Nazirliyinin hospitalına aparılıb. Yaralı sərnişin isə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.
Bir neçə gün öncə - mayın 11-i Gəncə şəhərində ölümlə nəticələnən ağır yol qəzası baş verib. Şəhərin Polis İdarəsindən verilən məlumata görə, hadisə şəhərin 1-ci mikrorayon ərazisində qeydə alınıb.
Sürücülərin adları hələlik istintaqla müəyyən edilməyən 20- DP- 812 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobil və 15 - BF - 388 dövlət nömrə nişanlı "VAZ 2106" markalı avtomobillərin toqquşması nəticəsində 2 nəfər ölüb, 1 nəfər isə ağır bədən xəsarətləri ilə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB