Yaşayış evi yandı

Bu gecə Salyan şəhərində vətəndaşa məxsus ümumi sahəsi 30 kv.m olan birmərtəbəli, 1 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə