14 000 ədəd müxtəlif markal siqaretlər aşkar edilib FOTOLAR

14 000 ədəd müxtəlif markal siqaretlər aşkar edilib FOTOLAR

Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstan Respublikasından Azərbaycan Respublikasına gələn Tovuz rayon sakininin idarə etdiyi "Nissan x-trail" markalı nəqliyyat vasitəsinə tütün məmulatlarının axtarışı üzrə "Belıy" ləqəbli kinoloji xidmət itinin vasitəsi ilə baxış keçirilib. SİA-nın məlumatına görə, xidməti itin avtomobilin qapılarına verdiyi reaksiya əsasında nəqliyyat vasitəsinin qapılarının içliyi sökülüb və nəticədə avtomobilin qapılarının içərisindən gömrük nəzarətindən gizlədilən 14 000 ədəd müxtəlif markali siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə