Qadının əl-ayağını bağlayıb evini talan etdilər

Evdən 20 min manatdan çox nəğd pulunu və qızıl zinət əşyalarını aparıblar
Qadının əl-ayağını bağlayıb evini talan etdilər

Qadını döyüb, əl-ayağını bağlayaraq 20 min manatdan çox nəğd pulunu və qızıl zinət əşyalarını aparıblar. Hadisə Ağstafanın Poylu qəsəbəsində, 69 yaşlı Səmayə Baxşıyevanın evində baş verib. 2 nəfər maskalı şəxs qadının tək yaşadığını bilib və evin qapısını açaraq çölə çıxan zaman ona bıçaqla hücum ediblər.

Maskalılar qadını döyərək pulun, qızılın yerini soruşublar.

İstəklərinə nail ola bilmədikdə Səmayə Baxşıyevaya zərbələr endirərək onun huşunu itirməsini gözləyiblər. Bu zaman maskalı şəxslər bütün otaqları, hətta soyuducunu belə axtarıb 13 min dollar, 1800 manat pul və 2 min manatlıq qızıl zınət əşyalarını götürərək evdən uzaqlaşıblar.

Səmayə Baxşıyeva sələmə pul verdiyini, ona görə də hədəfdə oldugunu bildirib.Hadisə yerinə gələn Ağstafa rayon Polis Şöbəsinin əməkdaşları ogruların buraxdıgı "yapışqan lent " "maska" və digər ləvazimatları maddi sübut kimi götürüblər.

Araşdırmalar davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə