Qaxda ölümlə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. Qəza nəticəsində kənd məktəblərindən birinin direktoru və onun 89 yaşlı anası dünyasını dəyişib. SİA xəbər verir ki, hadisə axşam saatlarında Qax-Şəki yolunun 1-ci km-də baş verib.
Şəkidən Qax istiqamətində hərəkət edən 63 yaşlı Şəki rayonu Göybulaq kənd sakini Firudin Təhməzovun idarə etdiyi "Niva" markalı avtomobil eyni istiqamətdə hərəkət edərək yol kənarında dayanan, 30 yaşlı Qax şəhər sakini Ruslan Muradova məxsus "Traktor"a çırpılıb. Qəza nəticəsində Traktorun sürücüsü və onun yanında olan atası xəsarət almayıb. "Niva"-da olan sərnişinlər - sürücünün həyat yoldaşı Qax rayon İlisu kənd sakini 57 yaşlı Xanpəri Muradova hadisə yerində, onun anası 89 yaşlı Səlihəd Muradova isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. "Niva"-nın sürücüsü isə Qax rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Qəza nəticəsində minik avtomobili deformasiyaya uğradığından və yanğın təhlükəsi olduöundan, hadisə yerinə Qax Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və şəxsi heyəti cəlb olunub.Avtomobildə yarana biləcək yanğının qarşısı alınıb. Qeyd edək ki, ölənlərdən biri Xanpəri Muradova Qax rayon İlisu kəndində Nizami Gəncəvi adına tam orta məktəbin direktorudur.
Faktla bağlı araşdırma aparılır.
İlkin Akifoğlu, Qax
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB