Göygöldə 4 otaqlı ev yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Göygöl rayonu, Mollacəlilli kəndində (rayon mərkəzindən 6 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 200 kv.m olan birmərtəbəli 4 otaqlı evin 1 otağının tavanı 45 kv.m sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB