Oğurluqla məşğul olan dəstə üzvləri saxlanıldı

Hadisə Goranboyda baş verib
Oğurluqla məşğul olan dəstə üzvləri saxlanıldı

4 nəfərdən ibarət olan qrup vətəndaşların həyətlərindən , mağzalarından və dövlət idarələrindən oğurluq edib. Aralarında bir qadının oldugu dəstəni Goranboy polisi saxlayıb. Onlar poçt şöbəsindən içərisində 441 manat pul və sənədlər olan seyfi oğurlayıblar. Məlum olub ki, Goranboyda və Göygöldə 4 mağazanı da yarıblar. Dəstə üzvləri hər iki rayonda mağazadan ərzaq məhsulları, tütün məmulatları, spirtli içki və post terminal aparatı da oğurlayıblar.

Goranboy sakini Nurlana Cəfərova kamera qarşısına çıxmasada , onun dostları Kamil Bayramov, Samir Bayramov vəTahir İbrahimov tutduqları əməlləri etiraf ediblər.

Tutulan ogrular istintaqa cəlb olunub.

Faktlarla bağlı Goranboy rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə