Sabirabadda yanğın hadisəsi qeydə alınıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Sabirabad rayonu, Yolçubəyli kəndində vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan 3 otaqlı evin yanar konstruksiyaları 80 kv.m sahədə yanıb.
Yanğın zamanı evdə olan 2 ədəd boş və 1 ədəd dolu 50 litrlik məişət qaz balonu evdən çıxarılıb, partlayışın qarşısı alınıb. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB