Əmircan qəsəbə sakininin evindən marixuana, həyətyanı sahəsindən çətənə kolu aşkar edilərək götürülüb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə İdarəsi və Suraxanı RPİ 31-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Əmircan qəsəbə sakini Məmməd Məmmədovun evinə baxış zamanı 2 kiloqram 516,94 qram marixuana, həyətyanı sahəsinə baxış zamanı isə 2315 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB