DİN Astaradakı ağır qəza ilə bağlı məlumat yayıb

DİN Astaradakı ağır qəza ilə bağlı məlumat yayıb

Daxili İşlər Nazirliyi (DİN) Astarada iki nəfərin ölümü, doqquz nəfərin yaralanması ilə nəticələnən ağır yol qəzası haqda rəsmi məlumat yayıb. SİA-nın DİN-in rəsmi saytına istinadən xəbər verir ki, mayın 13-də saat 10 radələrində Astara rayonunun Çayoba kəndində Xaçmaz rayon sakini Vüsal Xudaverdiyevin idarə etdiyi "KamAZ" və Astara rayon sakini Qalib Əliyevin idarə etdiyi "Mercedes-Benz" markalı (mikroavtobus) avtomobillər toqquşub, hər iki avtomobil aşıb, V.Xudaverdiyev hadisə yerindən qaçıb.

Nəticədə Q.Əliyevin sərnişinlərindən rayon sakinləri Yeganə Əliyeva və Ramil Quliyev hadisə yerində ölüb, digər 9 sərnişini xəstəxanaya yerləşdirilib. Onlara ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.

Astara Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində V.Xudaverdiyev tutulub.

Araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə