Masazırda qadına qarşı soyğunçuluq

Gürcüstan vətəndaşını Abşeron polisi hadisədən bir neçə dəqiqə sonra saxlayaraq istintaqa cəlb edib
Masazırda qadına qarşı soyğunçuluq

Gecə Xırdalanda qadına qarşı soyğunçuluq edən şəxs saxlanılıb. Gürcüstan vətəndaşını Abşeron polisi hadisədən bir neçə dəqiqə sonra saxlayaraq istintaqa cəlb edib. Abşeron polisi bundan başqa narkotik maddə ilə iki nəfəri də saxlayıb. Küçədə qadına qarşı soyğunçuluq edən şəxs saxlanılıb. Zərərçəkmiş Rəqsanə Abdullayevə Abşeron polisinə məlumat verib ki, ofisant kimi işlədiyi gecə klubundan çıxıb gedərkən naməlum şəxs ona zor tətbiq edib əlindəki çantasını alıb qaçıb. Çantada 135 manat dəyəri olan planşet, bankomat kartı və kosmetik əşyaları olub.

Dərhal hadisə baş verən ərazini mühasirəyə alan polis, şübhəli kimi Gürcüstan Respublikasının Marneuli rayon sakini Ramil Namazovu saxlayıb. Saxlanılarkən o, soyğunçuluq cinayəti törətməsini etiraf edib.

Polis qadının çantasını aşkar edərək özünə qaytarıb. Ramil Namazov istintaqa, hadisəni törədərkən sərxoş olduğunu desə də bu onu cinayət məsuliyyətindən azad etmiyəcək.

Rayon polis idarəsi daxil olan məlumat əsasında Masazır qəsəbəsində narkortik maddələrin alqı-satqısı ilə məşğul olan Sumqayıt şəhər sakini Habil Həsənovu da saxlayıb. Ondan şəxsi istehlak miqdarından artıq heroin aşkar edib.

Fazil Hüseynov da elə gecə Masazır qəsəbəsində saxlanılıb. Onun üzərindən isə qurudulmuş marixuana aşkar edilib.Dindirmə zamanı Fazil Hüseynovda bir neçə ildir zəhərli maddə qəbul etdiyini etiraf edib. hər iki faktla bağlı müvafiq maddələrlə cinayət iş başlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə