Ələt-Astara magistralında ağır yol-nəqliyyat qəzası baş verib. SİA-nın məlumatına görə, Ələt-Astara magistral yolunun 220-ci kilometrliyində, Astaranın Çayoba kəndi ərzasində Əliyev Qabil Adil oğlunun idarə etdiyi "Ford" markalı, 90 MJ - 647 dövlət nömrə nişanlı mikroavtobusla sürücüsü məlum olmayan 90- JF-588 dövlət nömrə nişanlı"Shacman" markalı yük maşını ilə toqquşması nəticəsində Astara rayonu Ərçivan kənd sakinləri - 1970-ci il təvəllüdlü Yeganə Əliyeva, 1981-ci il təvəllüdlü Ramin Quliyevin öldüyü açıqlanıb.
Qəza zamanı xəsarət alanlar isə rayonun Ərçivan kənd sakinləri 1970-ci il təvəllüdlü Yeganə Sabir qızı Əliyeva və 1981-ci il təvəllüdlü Ramin Salam oğlu Quliyev, yaralananlar - Ərçivan kənd sakinləri 1992-ci il təvəllüdlü Tural Əsədli, 1992-ci il təvəllüdlü Elnarə Quliyeva, 2003-cü il təvəllüdlü Maral Fərhadova, 1965-ci il təvəllüdlü Pərinisə Baxşıyeva, Qəcimardə kənd sakini 1961-ci il təvəllüdlü Xudaşirin Əliyev, Çayoba kənd sakini 1957-ci il təvəllüdlü Məhərrəm Əliyev, Şiyəkəran kənd sakini 1959-cu il təvəllüdlü Nəzmiyyə Əliyeva, Astara şəhər sakini 1961-ci il təvəllüdlü Gülzar Camalova, Maşxan kənd sakini 1963-cü il təvəllüdlü Malik Salmanovdur.
Maral Fərhadova və Məhərrəm Əliyevin vəziyyətlərinin ağır olduğu bildirilir.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB