Bərdə rayonunda yanğın baş verib. Hadisə rayonun "Sənaye" küçəsində, məcburi köçkünlərin yaşadığı binada qeydə alınıb. Gecə saatlarında Laçın rayonundan olan məcburi köçkün Gülsüm Məmmədovaya məxsus ev yanıb.
Hadisəyə elektrik naqillərində qısaqapanmanın səbəb olduğu göstərilir. Xoşbəxtlikdən yanğın zamanı evdə heç kim olmayıb. Evin bütün əşyaları yanaraq kül olub.
Yanğın FHN-in Bərdə rayon şöbəsinin yanğınsöndürənləri tərəfindən söndürülüb. İki yanğın söndürən avtomobilin köməkliyi ilə alov ram edilərək digər tikililərə keçməsinin qarşısı alınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB